AAYDA: Yevlaxda qəzaya uğrayan avtomobil bizim deyil

Yol qəzaları 24 Sentyabr 2019 | 13:28
OXUNUB: 713

Yevlax rayonunda baş verən yol qəzasındakı "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsus deyil. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hadisə barədə məlumat yayılan kimi qurumda araşdırma aparılıb: "Bu barədə araşdırılma aparıldı və məlum oldu ki, bizim quruma məxsus heç bir avtomobil qəza törətməyib. Məlumatda yanlışlıq olub".

Xatırladaq ki, bu gün Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobilinin "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsus olduğu bildirilirdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man