Qazaxıstanda sərnişin avtobusunun və yük avtomobilinin iştirakı ilə baş verə yol qəzasında 22 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün günorta saatlarında paytaxt Nur-Sultanda qeydə alınıb. Bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, “Howo” markalı yük maşınının sürücüsü əsas yoldan gələn sərnişin avtobusuna yol verməyib və nəticədə avtobus “Howo”ya çırpılıb.
Bildirilir ki, xəstəxanaya çatdırılan yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar. Avtobusun sürücüsü isə palataya yerləşdirilib.
Faktla bağlı araşdırmalara aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man