Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Füzuli Məmmədovun idarə etdiyi "Mercedes" markalı atvomobil yolu keçmək istəyən, 1954-cü il təvəllüdlü Solmaz Dadaşovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man