Moskvada “təcili tibbi yardım” maşınının qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident bu gün erkən saatlarda E.O.Muxin adına şəhər klinik xəstəxanasının ərazisində qeydə alınıb.
Paytaxt Dövlət Yol Polisindən verilən məlumata görə, maşın işıqlandırma dirəyinə çırpılıb və üç nəfər yaralanıb.
Hadisənin digər təfərruatları barədə məlumat verilmir.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man