Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Xətai rayonunda baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Təhməzova İradə Həsən qızı “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsünün altında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. İ.Təhməzovaya sol qolun yerdəyişən çəp sınığı və bədənin müştərək travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Fakla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man