Ukraynanın Odessa şəhərində mikroavtobusun və yük maşının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident sentyabrın 21-də Novaya Dolina ilə Prilimansk kəndləri arasında qeydə alınıb.
Məlumata görə, 52 saylı marşrut xətt üzrə hərəkət edən sərnişin dolu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus “MAN” markalı benzin daşıyan yük maşını ilə toqquşub. Qəzanın təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Nəticədə azı 9 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Bildirilir ki, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.
Hadisə yerinə xilasetmə, polis və səhiyyə briqadaları cəlb edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man