Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Hüseynov Polad Həsənxan oğlu rayonun Gənclik qəsəbəsində piyadalar üçün nəzərdə tutulan yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man