Füzuli Ələkbərov amerkanlarla necə anlaşdı?

17 May 2019 | 10:15
OXUNUB: 2514
 Xəbər verdiyimiz kimi, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycanda yeni şirkət yaradıb.

O, ABŞ-ın məşhur "Massey Ferguson” şirkətinin Azərbaycanda nümayəndəliyini açıb. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – "Caspian Agro” sərgisində isə şirkətlə bağlı ölkə prezidenti İlham Əliyevə təqdimat edib. 

Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi də açıqlama yayıb. Xəbərdə bildirilir ki, ABŞ Səfiri Li Litzenberger Amerikanın doqquz şirkətinin qatıldığı və məhsul və xidmətlərini nümayiş etdirdikləri Caspian Agro sərgisini ziyarət edib. Qeyd edilir ki, Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər. F. Ələkbərovun prezidentə təqdimat etdiyi foto da xəbərə əlavə edilib.

Keçmiş nazirin rəhbərlik etdiyi şirkətin əsas funksiyası "Massey Ferguson” traktorlarının Azərbaycana idxalı, həm dövlət, həm də bazar xətti ilə satışının təşkil edilməsidir. Artıq ölkənin əksər bölgələrində kənd təsərrüfatı sahələrində bu bahalı traktorlardan istifadə edildiyinə yəqin ki, çoxları şahid olub. "Massey Ferguson” şirkətinin dünyanın əksər ölkələrinddə zavodları fəaliyyət göstərir. Amma Azərbaycana gələn traktorların hansı ölkədə istehsal olunması haqda hələlik heç bir məlumat yoxdur.

Onu da qeyd edək ki, bir neçə il əvvəl Gəncə Avtomobil Zavodu "Massey Ferguson” traktorlarının Azərbaycanda da istehsal olunması haqda danışıqlara başlamışdı. Amma sonradan bu danışıqların nəticələri haqda heç bir açıqlama verilmədi. Görünür, deputat Xanlar Fətiyevin rəhbərlik etdiyi GAZ keçmiş nazirlə rəqabətdə uduzub və "Massey Ferguson” məhz F. Ələkbərovla partnyorluq etməyə üstünlük verib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man