ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az “Los Angeles Times”a istinadən xəbər verir ki, insident Kaliforniya ştatının Torrans şəhərində qeydə alınıb.
Məlumatına görə, “Cessna 177” təyyarəsi hava limanından qalxdıqdan sonra qəzaya düşüb.
Hadisə şahidi portalın müxbirinə, “Günorta saatlarında yaxınlıqdan təyyarə mühərrikinin səsi gəldi və pilotun təyyarəni geriyə, aeroport istiqamətinə döndərdiyini gördüm. Yəqin ki, hansısa texniki nasazlıq yaranmışdı: eniş zolağına təxminən 1 kilometr qalanda təyyarə ticarət mərkəzinin damına düşdü. Qəza ticarət kompleksinin arxa tərəfində, ziyarətçilərin elə də çox olmadığı vaxtda baş verdi. Təyyarə az qaldı ki damı deşsin. Polislər təyyarənin qalıqları altında qalan 2 nəfəri çıxarmağa müvəffəq olublar, ola bilsin ki, onlar ata və oğuldur. Lakin, onlardan biri səhiyyə işçiləri gələnə kimi həyatını itirdi. İkincisi isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı” – deyə söyləyib.
Bildirilir ki, ticarət mərkəzini ziyarət edənlər arasında yaralanan olmayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man