"Atəşgah" sığortanın maşını qəzaya düşdü: 2 nəfər ölüb - VİDEO

Yol qəzaları 19 Sentyabr 2019 | 19:43
OXUNUB: 6137

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq ölən şəxsin kimliyi məlum olub.  Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir.

*** 17:08

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır. Sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb. O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə  "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

***16:41

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxslərdən birinin adı məlum olub. "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb. Bu zaman yaralı halda avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. "Hyundai-İX35"də olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

*** 16:25

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. İki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Nəticədə avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

" />

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man