Bakıda amansızcasına öldürülən "Emin 444"ün şok görüntüləri yayıldı - VİDEO

16 May 2019 | 00:46
OXUNUB: 13706
Bakıda kriminal dairələrdə "Emin 444” və "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərov torpağa tapşırılıb.

Buta.media-nın məlumatına görə, E. Səfərovun anası "morqdan" görüntüləri təqdim edib.

O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib:

"Mənim oğlumun bağırsaqlarını yerə tökən azadlıqda gəzməməlidir". - qadın müraciət edərək deyib.

Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb. 

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb. 

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə meydana gəlib. Z.Yusifov Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Zaur Yusifov sifariş edib:

"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.

 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man