Bakı-Qazax avtomobil yolunun Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, beynəlxalq yük daşımaları (TIR) ilə məşğul olan Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən "QAZel" markalı digər yük maşınına sürtünərək keçib.
Nəticədə "QAZel"in Sabirabad rayonundan olan sürücüsü Namiq Ağayev xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man