Vilayət Eyvazov Ekologiya postuna yeni komandir təyin etdi

İctimai nəqliyyat 17 Sentyabr 2019 | 17:32
OXUNUB: 2852

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Avtosfer.az report-a istinadən xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev faktı "Report"a təsdiqləyib. 

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man