Filippində turistlərin olduğu yük maşınının dərin uçuruma yuvarlanması nəticəsində azı 20 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident sentyabrın 17-də Cənubi Kotabato əyalətində qeydə alınıb. Bu barədə “Manila Bulletin” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə, turistlərin ekskursiya etdikləri çimərlik kurortu olan General-Santos şəhərindən T`Boli bələdiyyəsi ərazisində yerləşən evlərinə qayıtdıqları zaman baş verib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Polis hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man