Şamaxıda məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıb

Yol qəzaları 17 Sentyabr 2019 | 11:43
OXUNUB: 724

Şamaxıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, faktla bağlı Şamaxı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (zərərçəkmişin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayonun Dəmirçi kənd sakini Səməd Balayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. 

Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Y.Nuriyev 3-cü sinif şagirdi olub. Onun atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man