Ermənistanda yük maşınının və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Avtosfer.az “shamshyan.com”a istinadən xəbər verir ki, insident sentyabrın 16-da səhər saatlarında Yerevan-Meqri avtomagistralının 59-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, Surenavan kəndi ərazisində 01 MV 066 qeydiyyat nömrə nişanlı “BMW” markalı minik avtomobili əks yola çıxaraq, qarşıdan gələn 65 TT 777 qeydiyyat nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə toqquşub. Toqquşmanın şiddətindən “BMW” alovlanıb və qısa müddət ərzindən yanğın yük maşınına da keçib.
Bundan sonra hadisə yerinə iki yanğınsöndürmə maşını gəlib. Yanğınsöndürənlər yanğını ram etdikdən sonra “BMW” markalı avtomobildən 3 nəfərin (ata, ana, qız) yanmış meyitini aşkar edərək oradan çıxarıblar. “Kamaz”da olan sürücü ilə sərnişin ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man