Şəmkirdəki alban kilsəsi ilə bağlı həyacan təbili: “Orada yazılı daş var, naməlum şəxslər…”

13 May 2019 | 13:45
OXUNUB: 2809
 

Şəmkir rayonunun İrmaşlı kəndində olan qədim alban kilsəsi uçmaq təhlükəsi altındadır. Bu barədə tərcüməçi Əfqan Xəlilli bildirib.


MüəllifSfera.az-a verdiyi açıqlamada deyib ki, birinci dəfə 2015-ci ildə orada olub. Həmin vaxt kilsənin vəziyyəti indikinə nisbətən xeyli qənaətbəxş idi. Lakin bir neçə gün əvvəl əraziyə növbəti səfərində fərqli mənzərəylə rastlaşıb. Kilsənin içində bəzi yerlər qazılıb, daşlar sındırılıb, bəzi daşlar isə umuniyyətlə yoxa çıxıb.


Onun sözlərinə görə, kilsə yerli əhali arasında pir sayılır: "Kənd sakinləri bacardıqları qədər tarixi abidəni qorumağa çalışırlar. 2008-2010-cu illərdə əslən o kənddən olan, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Əlihüseynli (Tağıyevin) şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına tikilini təmir etdirib. Sonradan isə müdaxilələr nəticəsində kilsə yenidən deformasiyaya uğramağa başlayıb. Kilsənin divarlarının birində yazı olan daş var. Onu bir neçə dəfə naməlum şəxslər aparmaq istəyiblər. Tarixi abidənin üzərindəki bir yazıda 1590-cı ildə inşa edildiyi yazılıb.Lakin həmin qeydin sonradan, təmir edildikdən sonra əlavə edildiyi ehtimalı da güclüdür. Tarixçilər kilsənin daha qədim olduğunu və albanlara aidliyini bildirirlər”.

 

Rəşad

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man