Qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var

Yol qəzaları 16 Sentyabr 2019 | 01:40
OXUNUB: 1335

Qazaxıstanın Almatı vilayətində qatarın avtobusla toqquşması nəticəsində bir nəfər ölüb, iki uşaq və bir qadın xəsarət alıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, bazar günü saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində keçinib.

“Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb. Bir nəfər ölüb, yaralılar var. Başsağlığı verirəm. İstintaq başladılıb”, - deyə Tokayev öz “Twitter” səhifəsində yazıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man