Biləsuvar şəhərində, şəhər sakini 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən avtomobil vurub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man