Oruc tutarkən ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağın UNİKAL ÜSULLARI - FOTO

09 May 2019 | 09:32
OXUNUB: 4407
Ramazan ayında oruc tutanların yaşadığı ciddi problemlərdən biri xoşagəlməz ağız qoxusudur.

Sfera.az xəbər verir ki, diş həkimləri Ramazanda ağızda xoşagəlməz qoxularının yaranmaması üçün bir neşə tövsiyə verib.

Uzun müddət davam edən oruc prosesi ağızda quruluğa yol açır. Bu da ağız boşluğunda xoşagəlməz və ətrafdakıları narahat edəcək qoxu yaradır. İmsak və iftardan sonra dişlər fırçalanmırsa, ağızda qalan qida artıqları ağız qoxusuna səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayar və bu iltihab da qoxuya səbəb olar. İmsak və iftar yeməyindən sonra dişlər mütləq şəkildə, ən az, 2-3 dəqiqə fırçalanmalıdır.

Bundan başqa, imsakda bir fincan soyuq süd içilməsi, iftarda isə bol su ilə birlikdə yaşıl çay içmək də bu problemi aradan qaldırır. Yemək yeyərkən nanə, zəncəfil, cəfəri, yaşıl çay, evkalipt, darçın kimi birtkilərdən istifadə etmək də ağız qoxusunu azaldan metodlardandır.

REKLAM


Mütəxəssislər bildirir ki, tərkibində spirt olan ağız qarqara məhsulları quruluğu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə diş üzərindəki ərpi qarqara yolu ilə təmizləmək yanlışdır. Oruc tutarkən gündə bir neçə dəfə su udmamaq şərtilə ağız boşluğunun qarqara edilməsi dişlərin və diş ətinin sağlamlığı üçün əhəmiyyətlidir. (publika.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man