İstanbulda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 7 nəfər yaralanıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Avcılar rayonunun Ambarlı meydanında qeydə alınıb.
Məlumata görə, su maşınının sulama apardığı zaman yola su dağılıb və hərəkətdə olan sərnişin avtobusu yolun sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq park edilmiş 4 nəqliyyat vasitəsini çırpılıb. Toqquşmanın şiddətindən avtobusda olan sərnişinlər həyəcan keçiriblər. Qəzada 7 nəfər müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man