İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib. H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb. Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır.
Hadisənin səbəbi araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man