“Ferrari” ən güclü kabrioletini təqdim etdi - FOTO

Nəqliyyat xəbərləri 09 Sentyabr 2019 | 15:52
OXUNUB: 4671

İdman avtomaşınları istehsal edən İtalyan şirkəti “Ferrari”, “812 Superfast” supercarın “812 GTS” adlı açıq versiyasını təqdim edib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Motor1” portalı məlumat yayıb.

Bildirilir ki, bu yenilik dünyada buraxılan ən güclü kabriolet seriyası olub. Model 800 at güclü 6.5 litr benzin mühərriki və yeddi pilləli robot sürət qutusu alıb.

“Ferrari 812 GTS” kabrioleti 0-dan 100 km/saata 3 saniyəyə sürətlənir. Superkarın maksimal surəti 340km/saata çatır.

Avtomobil elektriklə idarə olunan sərt damla təchiz olunub, onu 45 km/saat surətlə 14 saniyəyə qaldırıb endirmək olur.

“Ferrari 812 GTS” modeli, firmanın son 50 ildə buraxdığı ilk açıq mühərriki öndə olan avtomobilidir.

Əvvəlki 1969-cu ildə istehsal olunan “Ferrari 365 GTS4” modelləri bu sxemə uyğun olaraq  hazırlanmışdı.

Bu ilin iyul ayının 22-si məlum olmuşdu ki, “Ferrari” bir neçə model və krossover buraxmağa hazırlaşır.

İlik avtomobil 2020-ci ildə bazara çıxarılacağı bildirilir.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man