Türkiyənin Ağsaray vilayətində sosial şəbəkədə canlı yayım edən sərxoş sürücü 13 yaşlı velosipedli yeniyetməni vurub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə keçən ayın 28-i yerli saatla 19.30 radələrində Alpaslan Türkeş bulvarı ilə Acem bulvarı qovşağında qeydə alınıb.
Məlumata görə, sərxoş vəziyyətdə avtomobil idarə edən Əhməd C. (30), idarəetməsində olan 68 BB 972 qeydiyyat nömrə nişanlı avtomobillə Fateh məhəlləsi istiqamətində hərəkətdə olarkən, sükan idarəetməsini itirib və yol kənarı ilə velosipedlə marketdə çörək almağa gedən 13 yaşlı Rəcəb Bığı vurub. Yüksək sürət səbəbindən dayan bilməyən avtomobil əvvəlcə ağaca, ardınca səkini keçərək park edilmiş maşına sonra da gözəllik salonunun pilləkənlərinə çırpılıb.
Nəticədə Rəcəb Bığ ağır, avtomobilin sürücüsü Əhməd C. ilə sərnişini Adəm C. (35) xəsarətlər alıblar. Qəzadan sonra yaralılara ambulanslarla xəstəxanaya çatdırılıblar.
Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən Rəcəb Bığ, 7 gün davam edən yaşam mübarizəsində həyatını itirib.
Canlı yayım edərkən ölümlü qəzanı çəkdi
Əhməd C. çatdırıldığı xəstəxanada aparılan müayinə zamanı onun 123 promil alkoqol qəbul etdiyi müəyyən edilib. Həmçinin məlum olub ki, o, maşını ilə hərəkətdə olarkən sosial şəbəkə hesabından canlı yayım edib. Canlı yayım əsnasında sürücünün velosipedli yeniyetməyə çırpıldığı qəza anının görüntüləri də ortaya çıxıb.
Xəstəxanada müalicəsi başa çatan Əhməd C., məhkəmə qərarı ilə həbs olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man