Mərakeşin şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 9 nəfər həyatını itirib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Əl-Rəşidiyə əyalətində qeydə alınıb.
Məlumata görə, Kantar Vad rayonunda avtobus baş verən daşqınlar səbəbindən idarəetmədən çıxaraq çevrilib.
Bildirilir ki, hadisədən sonra 29 sərnişin xilas edilib. Yaralılar xəstəxanaya çatdırılaraq, onlara lazımi tibbi yardım göstərilib.
Hazırda itkin düşmüş sərnişinlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man