Avtomobilimizi soyuq havalara necə hazırlayaq?

Nəqliyyat xəbərləri 08 Sentyabr 2019 | 16:15
OXUNUB: 1215

Kəskin istilərdən sonra avtomobillərin payız-qış mövsümünə hazırlığı vacibdir. Bir çox sürücülər buna əhəmiyyət verməsələr də, havalar soyuyanda sürücülərin bir sıra problemlərlə qarşılaşması qaçılmaz olur. Bəs avtomobilini payız-qış aylarına hazırlamaq nə deməkdir və nələrə diqqət yetirmək lazımdır?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın əməkdaşı avtomobil ustası Cavid Əliyevlə danışıb.

Ustanın sözlərinə görə, qarlı və yağışlı havalarda avtomobildə nasazlığın yaranmasının qarşısını almaq üçün ilk növbədə  avtomobilin şassisində "şarovoy"lar yoxlanılmalıdır: "Bundan başqa, mühərrik üçün nəzərdə tutulan yağların dəyişdirilməsi çox vacibdir. Ümumiyyətlə, avtomobillər hər 15 min kilometrdən bir texniki yoxlanışdan keçməlidir. Həmçinin, avtomobillərdə istifadə edilən antifrizin də dəyişdirilməsi məsləhət görülür. Bu, soyuq havalarda mühərrikin donmasının qarşısını alır".

C.Əliyev bildirib ki, yay aylarında avtomobildəki kanalizasiya boruları tutulur və bunlar təmizlənməlidir. "Payız-qış aylarında avtomobilin təkərlərinin də yaxşı vəziyyətdə olması əsas amildir. Elə təkərlər var ki, dörd mövsüm üçün nəzərdə tutulub, elələri də var, ya qış, ya da yay üçündür. Əgər təkərlərin havaları düz vurulsa, bu, benzin sərfiyyatına təsir edəcək. Misal üçün, yay aylarında sedan tipli avtomobillərdə təkərlərdə 1,2-2 atmosfer hava olursa, qışda bu rəqəm 2,1-2,2 olmalıdır".

Bununla yanaşı, usta qeyd edib ki, avtomobildə olan rezin detalların dəyişdirilməsi də mütləqdir: "İsti havalarda rezinlər quruyur və soyuqlar olduqda bu, özünü daha çox büruzə verir, avtomobillərdən müxtəlif xoşagəlməz səslər gəlir".

Usta əlavə edib ki, bu kimi məsələlərə əməl edilmədiyinə görə yağışlar yağan kimi sexin qarşısı nasaz avtomobillərlə dolu olur: "Kimsə avtomobilin mühərrikinin qaynatdığını deyir, kimsə də avtomobildən gələn müxtəlif səslərdən və digər məsələlərdən şikayət edir. Vaxtında texniki yoxlanışdan keçib problemləri həll etsələr, soyuq havalarda əziyyət çəkməzlər".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man