Neftçaladakı qəzada ölənlərin sayı 4 oldu

Yol qəzaları 08 Sentyabr 2019 | 00:48
OXUNUB: 826

Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.Az virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda "Mercedes" və "Lexsus" markalı minik maşınları qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində "Lexsus"un əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan, hazırda Bakı şəhərində yaşayan 1961-cu il təvəllüdlü sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, "Mercedes-C"nin sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova dünyalarını dəyişib.

Qəzada xəsarət alan sürücü Habil Həşimov və daha 2 nəfər də Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisənin yüksək sürətlə hərəkətdə olan "Mercedes-C"nin qabaq təkərinin qəfildən partlaması nəticəsində idarəetməni itirdiyindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man