Astronomlar ilk dəfə olaraq asteroidin rəng dəyişkənliyini görüblər

Maraqlı 05 Sentyabr 2019 | 19:55
OXUNUB: 1155

Astronomlar iki quyruğa malik 6478 Gault adlı asteroidi müşahidə zamanı ilk dəfə olaraq real müşahidə müddəti ərzində obyektin rəng dəyişkənliyini müşahidə ediblər.

Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Gaultun səthində toz miqdarının azalması səbəbindən rənginin dəyişməsi, asteroidin sürətlə fırlanması nəticəsində səthaltı maddənin aşınmaya məruz qalması proseslərinin mümkünlüyü güman edilir. Məqalə, "The Astrophysical Journal letters" jurnalında dərc edilib.

Gault astroidi (6478) 1988-ci ilin may ayında kəşf edilmiş və təxminən 2,2 milyard il əvvəl nəhəng asteroidlərin toqquşması nəticəsində yaranan iki minə yaxın astroiddən ibarət olan Fokey ailəsinə aiddir. Asteroidin diametri təqribən 4 kilometrdir, asteroid qurşağının daxili hissəsində olmaqla Günəşdən 344 milyon kilometr məsafədədir. Bu ilin əvvəlində, obyektdə kometlər üçün xarakterik olan uzun bir quyruğun aşkar edildiyi elan edildi. Astronomlar bunun iki asteroidin yaxın qoşa sistemdə birləşməsi nəticəsində yaranmış ola biləcəyini fərz ediblər.

Asteroidin müşahidələri göstərib ki, onun tozdan ibarət iki quyruğu var və çox güman ki, YORP effekti nəticəsində asteroidin tədricən dağılması nəticəsində əmələ gəlmişdir. Lakin bu fərziyyə hələ təsdiqlənməlidir.

Astronomların fikrincə, Gaultun səthinin belə aktiv yenilənməsinə səbəb YORP effektinin olmasıdır. Gələcəkdə elm adamlarına bu cür aktiv obyektlərin fəaliyyət mexanizmlərini daha yaxşı dərk olunmasına kömək etmək üçün daha bir neçə müşahidə kampaniyası aparmaq planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man