Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir.
Bu və hadisəya dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man