Sürücü 4 manata görə "moyka" sahibini güllələdi - VİDEO

Nəqliyyat TV 03 Sentyabr 2019 | 17:24
OXUNUB: 4391

Rusiyanın Moskva şəhərində sürücü avtoyuma məntəqəsinin sahibini güllələyib. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, avtomobilinin yuyulmasına görə ondan 850 rubl (21 manat) istəyiblər. Ancaq, “Toyota Camry”nin sürücüsü, əvvəl bu xidmətin ona 700 rubla (17 manat) başa gəldiyini deyərək qəzəblənib. Bundan sonra məntəqə sahibi qəzəblənən müştəriyə güzəşt etmək qərarına gəlib və 50 rubl (1.27 AZM) endirim təklif edib. Amma bu da sürücünü qane etməyib.

O, təhqirdən hərəkətə keçərək iş adamının başına yumruqla zərbə endirib.

Avtoyuma işçiləri və müştərilər qəzəblənmiş şəxsi kənara çəkməyə cəhd ediblər, lakin sürücü yanında gəzdirdiyi tapançanı çıxararaq rəqibin bud nahiyəsinə bir əl atəş açıb.

Şahidlər yaralıya ilkin tibbi yardım etməyə və eyni zamanda səhiyyə, polis işçilərinə də xəbər verməyə çalışıblar. Bundan istifadə edən cinayətkar avtomobilinə oturaraq hadisə yerini tərk etmək istəyib. Qaçışı zamanı onun yolunu kəsən daha bir nəfəri avtomobili ilə vurub.

Polis maşını və cinayətkarın axtarışlarına başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man