Bakı-Gəncə avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı

Yol qəzaları 02 Sentyabr 2019 | 20:25
OXUNUB: 886

Gəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun yoluna piyadanın çıxması olub: "Səhər saatlarında Gəncədən Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. Buna səbəb isə magistral yolda avtobusun yoluna piyadanın çıxmasıdır. Sürücü onu vurmamaq üçün manevr edib və nəticədə qəza törədib. Avtobusun salonunda sərnişin olmayıb, yalnız iki dispetçer, sürücü və daşıyıcı şirkətin nümayəndəsi olublar, xoşbəxtlikdən də onlar heç bir xəsarət almayıblar".

N.Allahyarova əlavə edib ki, baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb: "Artıq bu iş nəzarətə götürülüb. Daxili İşlər Nazirliyində, istintaq gedir, araşdırmalar başlanılıb. Qəzaya uğrayan avtobus isə evakuasiya olunaraq qaraja aparılıb".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man