Ukraynada sərnişin mikroavtobusunun və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 10 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident sentyabrın 1-i səhər saatlarında Dnepropetrovsk əyalətinin Elizavetovka kəndi yaxınlığında qeydə alınıb. Bu barədə Ukrayna Milli Polisinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Mercedes-Benz” markalı mikroavtobus ara məsafəsi saxlamayaraq “DAF” markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə 10 nəfər müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man