Bakı-Salyan yolunun 14-cü km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, taksi kimi fəaliyyət göstərən minik avtomobilinin qəzaya uğraması nəticəsində 1963-cü il təvəllüdlü sərnişin Dadaşova Sevil Əsədullah qızı xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı polis araşdırma aparır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man