Aston Martin Valhalla Silverstounda dövrə vurub - VİDEO

Nəqliyyat xəbərləri 02 Sentyabr 2019 | 00:54
OXUNUB: 761

Aston Martin şirkəti Valhalla modelinin yarış trekində dövrə vurmasının ilk videogörüntülərini təqdim edib. Aerodinamikası Red Bull Racing komandası ilə birgə yaradılmış superkar Silverstoun trekində bir neçə dövrə vurub. Valhalla birlikdə trekə Aston Martin şirkətinin bayraqdarı Valkyrie də çıxıb.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, ümumi qiyməti 4,5 milyon dollar olan ortamühərrikli Aston Martin hiperkarları Formula 1 çempionatının mərhələlərindən biri olan Britaniya Qran Prisi öncəsi Silverstoun trekinə çıxıblar. Aston Martin şirkətinin mətbuat xidmətinin dərc etdiyi videoçarxda Valkyrie hiperkarını kamuflyaj örtüyünə malik olduğu nəzərə çarpır.

Aston Martin Valhalla modelinin əsasını karbon monokok təşkil edir. Avtomobilin kuzov panelləri də karbondan hazırlanır. Kupe V6 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu, aktiv asqı, yeyinçıxarılan konteyneri olan Nexcel yağlama sistemi  və Vulcan trek modelindən alınmış elektron idarəetmə bloku ilə təchiz edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man