Su maşını evə çırpıldı: 4 ölü, 1 yaralı - FOTO

Yol qəzaları 01 Sentyabr 2019 | 19:35
OXUNUB: 3081

Kayserinin Hacılar rayonunda su maşınının evə çırpılması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident günorta saatlarında Hacılar-Erciyes avtomagistralında qeydə alınıb.

Məlumata görə, şəhər mərkəzinə doğru irəliləyən su və kanalizasiya idarəsinə məxsus 38 YL 778 dövlət nömrə nişanlı su maşını, Əhməd Altınbarmağın döngədə idarəetməsindən çıxaraq sürüşməyə başlayıb. Sürüşən yük maşını yol kənarında yerləşən Fatma-Nuhu Abravcı cütlüyünün bağ evinə dəyib və bundan sonra çevrilib. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda polis, səhiyyə və xilasetmə briqadaları gəlib.

Dağılmış evdə aparılan araşdırma zamanı sürücü Əhməd Altınbarmağ, maşında sərnişin kimi  olan Əli Suna və Əhməd Qaraçam ilə evdəki Fatma Abravcı həyatlarını itirdikləri müəyyən edilib. Yaralanan Nuhu Abravcı (65) isə ambulansla xəstəxanaya çatdırılıb.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man