Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən qəzada yaralananların şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, onlar 2007-ci il təvəllüdlü Hüseynov Rafiq İsmayıl oğlu, “Hundai” avtomobilinin sürücüsü Fərəczadə Səadət və onun qızları, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Fərəc qızı, 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Fərəc qızıdır.
Yaralılar Bakıya gətirilərək xəstəxanaya yerləşdirilib.
N.Fərəczadəyə aşağı ətrafların və döş qəfəsinin əzilməsi, qapalı kəllə-beyin travmasl, F.Fərəczadəyə döş qəfəsinin və başın küt travması, R.Hüseynovaya isə sol budun yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hər üç yaralının vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, avtomobildə olan 7 nəfər Bakıdan Lerik rayonuna istirahətə gedirmiş. Səadət Fərəczadə “Hundai” markalı avtomobillə hərəkətdə olan zaman qarşısına maneə çıxıb. Bu zaman o, maneədən yayınmaq istəyib. Nəticədə avtomobil bir neçə dəfə çevrilərək aşıb.
Qəza zamanı avtomobildə olan 7 nəfərdən 3-ü dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man