Lənkərandakı qəzada yaralanan ağır xəstə Bakıya gətirildi

Yol qəzaları 30 Avqust 2019 | 11:42
OXUNUB: 825

Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alan 42 yaşlı qadın sanaviasiya ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.

Avtosfer.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən qadın dərhal əməliyyat olunub. Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 4 nəfər xəstənin müalicəsi davam edir. Yaralıların vəziyyəti orta ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man