Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi ilə birlikdə "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Səbail rayonunda keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.
Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man