Lənkəranda ağır yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun dağlıq Bəliton kəndində baş verib.
62 yaşlı Ələmdar Ağayevin idarə etdiyi "PAZ" markalı sərnişin avtobusunun əyləcində nasazlıq yaranıb. Bu səbəbdən nəqliyyat vasitəsi yoxuşdan geriyə hərəkət edib və yaşayış evinin həyətinə aşıb. Nəticədə sürücü yerindəcə dünyasını dəyişib, avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində deformasiyaya uğramış avtobusdan ölən və xəsarət alanları xüsusi alət və avadanlıqların köməyilə çıxarıblar. 22 nəfər yaralı sərnişin təcili tibbi yardım maşınları, sakinlərin şəxsi avtomoilləri və taksilər vasitəsilə xəstəxanaya çatdırılıblar. Onların əksəriyyəti evə buraxılıb.
Bakı-Qazax avtomogistralının Yevlaxdan keçən hissəsində də ağır qəza olub. Avtomobilüzərində ekskavator daşıyan yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan xilasedicilər 42 yaşlı Qərib Orucovun meyitini maşından çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Qəza zamanı minik avtomobilində sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man