Şəhid olan polisim, əsgər olan Polisim - ŞEİR

İctimai nəqliyyat 29 Avqust 2019 | 22:00
OXUNUB: 1279

Prezident təqaüdçüsü şair Hafiz Hacxalıl asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanan, cinayətkarlıqla  mübarizədə qətiyyət göstərən, gəncliyimizi və gələcəyimizi narkomaniya adlı bəladan qorumaq üçün gecəli-gündüzlü xidmət aparan Azərbaycan Polisinə həsr etdiyi "Polisim" şeirini "Avtosfer. az"a göndərib. Həmin şeiri sizə təqdim edirik.

POLİSİM

Cümhuriyyət yaşıdı, illərin yadigarı,

Sinəsi döyüşlərdə səngər olan Polisim.

Vətənin dar günündə harayına yetişən,

Şəhid olan polisim, əsgər olan Polisim.

Yolun hamar olmayıb, keçib qardan, borandan,

Hələ də qan damlayır Vətən adlı yarandan.

Neçə-neçə qəhrəman boy veribdi sırandan,

İşi, gücü, əməli hünər olan Polisim.

Gedir üzü sabaha mətin addımlar ilə,

Bu xalq ilə səs-səsə, bu xalq ilə əl-ələ.

Qarşıda qələbələr, yubileylər var hələ,

Dilində haqq kəlməsi əzbər olan Polisim.

Hafiz Hacxalıl

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man