Lənkəranda sərnişin daşıyan avtobusun aşması nəticəsində bir nəfər ölüb, daha 22 nəfər xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bəliton kəndində baş verib. İlkin məlumata əsasən, "PAZ" markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisə nəticəsində sürücünün vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man