Yasamalda reyd - Cəriməsini ödəməyən 25 sürücü saxlanılıb

İctimai nəqliyyat 28 Avqust 2019 | 21:35
OXUNUB: 1136

Bu gün Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Avtosfer.az xəbər verir ki, Trend-in əməkdaşının iştirak etdiyi profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Cahangirov bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 25 avtomobil müəyyən edilərək saxlanılıb:

"19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib. Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.

Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 36 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdır. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki, apardığımız maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man