İtaliya miqrantları daşıyan gəmiyə limanlarını bağlayıb

Maraqlı 28 Avqust 2019 | 00:09
OXUNUB: 981

İtaliya hökuməti Almaniyanın “Lifeline” qeyri-hökumət təşkilatına məxsus, 101 nəfər miqrantı daşıyan “Eleonore” gəmisinin ölkə limanlarına girişini qadağan edən sərəncam imzalayıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sənədi İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini, müdafiə naziri Elizabetta Trenta və nəqliyyat naziri Danilo Toninelli imzalayıblar. 

DİN-in bəyanatına görə, sərəncam Almaniya QHT-sinin İtaliya sahillərinə yaxınlaşmaq cəhdləri qarşısında hökumətin yekdil olduğunu ifadə edir.

Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən gəmi Liviya sahilləri yaxınlığında 101 miqrantı xilas edərək şimala doğru istiqamət alıb. İtaliya limanlarına Aralıq dənizi hövzəsinndə miqrantları xilas edən qeyri-hökumət təşkilatlarına məxsus gəmilərin girişinə ötən ilin yayından rəsmi qadağa qoyulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man