Bakıda qaçırılan maşın Salyan postunda saxlanıldı - VİDEO - FOTO

İctimai nəqliyyat 27 Avqust 2019 | 11:54
OXUNUB: 2919

Dünən Bakı şəhəri, Nizami rayonu ərazisində 66 BF 227 dövlət nömrə nişanlı, VAZ 2104 markalı avtomobil qaçırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə dərhal Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub. Məlumat daxil olan kimi avtomobilin hərəkət istiqaməti izlənilib. Məlum olub ki, maşın Ələt- Astara-İran sərhəddi yolunda hərəkət edir. Keçirilən əməliyyat nəticəsində Avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları tərəfindən Ələt-Astara-İran sərhəddi yolunun 88-ci kilometrliyində saxlanılıb.

Saxlanılan zaman avtomobildə olan iki nəfər polisə müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin avtomobili qaçıran və yol boyu idarə edən şəxs - Masallı şəhər sakini Ağazadə Toğrul Şəmsəddin oğlu  tutularaq aidiyyəti üzrə Nizami rayon 24-cü polis bölməsinə təhvil verilib. Onunla birlikdə cinayətdə iştirak etmiş şəxs də müəyyənləşdirilib. Məlum olub ki, Namiq adlı ikinci şəxs onun qonşusudur.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man