Hindistanın şimalında üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında azı 16 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”ə istinadən məlumat verir ki, insident avqustun 27-si səhər saatlarında Uttar-Paradeş ştatının Şahcahanpur şəhərində qeydə alınıb. Bu barədə “Times of India” nəşri məlumata yayıb.
Məlumatda bildirilir ki, yüksək sürətlə hərəkət edən yük maşını iki avtomobilə çırpıldıqdan sonra çevrilib. Eyni zamanda toqquşduğu avtomobillərdən biri zərbənin şiddətindən uçurma yuvarlanıb.
Yerli polisin məlumatına görə, nəticədə 3-ü uşaq olmaqla 16 nəfər hadisə yerində həyatını itirib, daha 5 nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man