Yol polisi isti hava ilə əlaqədar tədbirləri davam etdirir - FOTO

İctimai nəqliyyat 26 Avqust 2019 | 14:17
OXUNUB: 784

Havaların isti keçməsi ilə əlaqədar olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb. 
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan  məlumata Avtoafer.a verilən məlumata görə,  Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda sürücülərlə yanaşı sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur. DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man