Goranboyda qəza - 3 nəfər xəsarət aldı, biri 2 aylıq körpədir

Yol qəzaları 26 Avqust 2019 | 11:25
OXUNUB: 633

Ötən gün Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə saat 16:00 radələrində rayonun Şahməmməd kəndi ərazisində qeydə alınıb. Tərtər rayonundan Gəncəyə gedən minik avtomobilinin yolda digər maşınla toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqası ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, onlar Rusiya vətəndaşı - 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması, sürücü - 1972-ci il təvəllüdlü Niftəliyev Talış döş qəfəsinin küt travması və 2 aylıq körpə Cəfərli Məryəm Orxan qızı başından yüngül travma alıb.

Xəstəxanadan bildirilib ki, M.Dinara öncə şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. O, ilkin tibbi tədbirlərdən sonra şok vəziyyətdindən çıxarılıb, daha sonra xəstənin yaxınları onu Gəncə şəhərinə aparıblar. Digər xəsarət alanlar da Gəncəyə göndəriliblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man