Yol polisi və ETSN növbəti dəfə reyd keçirib - FOTO

İctimai nəqliyyat 23 Avqust 2019 | 10:45
OXUNUB: 896

“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir. DİN Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, növbəti belə tədbir Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Quba rayonu ərazisində təşkil olunub.

Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man