Quba rayonunda avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Rustov kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov kənd içində avtomobilin vurduğu qonşusunun oğlunu öz maşını ilə xəstəxanaya çatdırmaq istəyib. Ancaq idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə E.Əzizov hadisə yerində ölüb.
Yeniyetməni vuran sürücünün kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man