Bakının Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Mikayıl Müşfiq küçəsi 15/17 ünvanında qeydə alınıb.
Məlumata görə, 90 CF 911 qeydiyyat nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol verən zaman, arxadan gələn 99 NK 647 qeydiyyat nömrə nişanlı “VAZ 2107” markalı maşının sürücüsü ara məsafəsi saxlamayaraq ona çırpılıb.
Nəticədə ölən və ya xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Qəza yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.
Hadisə şahidinin sözlərinə görə, “07”nin sürücüsü əraziyə gələn və protokol tərtib edən YPX-nin əməkdaşı ilə mübahisə edərək günahsız olduğunu sübut etməyə çalışıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man